Baş nazirdən Səhiyyə Nazirliyi ilə bağlı mühüm qərar

saytların hazırlanması

Evə çatdırılma

Baş nazirdən Səhiyyə Nazirliyi ilə bağlı mühüm qərar

Siyasət

07 Noyabr 2023 19:09 806


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin akkreditasiyası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

İndiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilib. pizza hut

Bundan sonra Komissiyanın tərkibi Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!