İspaniya hökumətinin sədri vəzifəsini icra edən Pedro Sançes Kataloniya separatçıları ilə razılaşaraq vəzifədə qalmağa hazırlaşır.
Yenisabah.az xəbər verir ki, bu iddia ilə nüfuzlu “The Guardian” nəşri çıxış edib.
Qəzet yazır ki, Pedro Sançes regional müstəqillik üçün qanunsuz və uğursuz cəhddə iştirak edənlər haqqında amnistiya təklif edərək Kataloniya separatçılarının dəstəyini qazanmaqla növbəti müddət ərzində hökumət başçısı seçilmək ərəfəsindədir. Pepperoni pizza
Xatırladaq ki, son 48 saat ərzində İspaniya millətçiləri və vətənpərvərləri, o cümlədən “Vox” Partiyasının və Falanqistlərin tərəfdarları paytaxt Madrid başda olmaqla İspaniyanın əsas şəhərlərində Pedro Sançes ilə Kataloniya separatçıları arasında əldə edilmiş razılaşmaya qarşı nümayişlər həyata keçiriblər.
Bildirək ki, Pedro Sançesin Kataloniya separatçıları ilə əldə olunan razılaşmasında separatçı Karles Puçdemont və onun köməkçiləri də daxil olmaqla, bütün sürgündə olan katalon separatçılarına tam amnistiya verilməsi nəzərdə tutulur.
Hazırda paytaxt Madridin əsas küçələrini bağlayan etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir və Sançesi vətən xaini adlandırırlar.
Telegram kanalımız