Baş Prokurorluq Masallıdakı hadisə ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq Masallıdakı hadisə ilə bağlı məlumat yaydı

Kriminal

20 May 2024 23:17 1278


Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Marqarita pizza

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!