Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvələrin sayı 31 500-ə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 1393 tankı, 3492 zirehli döyüş maşını, 703 artilleriya sistemi, 207 reaktiv yaylım atəş sistemi, 96 hava hücumundan müdafiə sistemi, 212 hərbi təyyarəsi, 178 helikopteri, 2 406 nəqliyyat vasitəsi və avtoçən, 13 gəmi-kateri, 559 dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası sıradan çıxarılıb. Pepperoni pizza
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından 105 gün ötür.
Telegram kanalımız