Başçının keçmiş müavini həbsdən buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Başçının keçmiş müavini həbsdən buraxıldı

Kriminal

11 Dekabr 2024 16:33 697


Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarov azadlığa buraxılıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı saxlanılıb. Toyuqlu pizza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

N.Quliyev 2021-ci ildə həbsxanada ölüb.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!