Bayden Belarus əleyhinə sanksiyaların müddətini uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Bayden Belarus əleyhinə sanksiyaların müddətini uzatdı

Dünya

14 İyun 2022 14:55 691


ABŞ prezidenti Co Bayden Belarus hakimiyyətinə qarşı sanksiyalar rejimini uzadıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Belarus hökumətinin ayrı-ayrı üzvlərinin və digər şəxslərin hərəkətləri və siyasəti, o cümlədən Belarus rejiminin zərərli fəaliyyəti və sui-istifadəsi ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və yersiz təhdid yaratmaqda davam edir. Pepperoni pizza

Ona görə də mən qərara gəldim ki, Belarusa qarşı elan edilmiş fövqəladə vəziyyət rejimi davam etdirilməlidir”, - deyə Co Baydenin bəyanatında qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın Belarusa qarşı sanksiyaları 2006-cı ildə prezident Corc Buş tətbiq edib. 2006-cı il iyunun 16-da ABŞ Konqresinə müraciətində Buş prezident Aleksandr Lukaşenkonun və digər 9 yüksək rütbəli Belarus məmurunun hesablarının dondurulmasını əmr edərək ABŞ vətəndaşlarına onlarla biznes qurmağı qadağan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!