Bayden Ərdoğana zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden Ərdoğana zəng etdi

Dünya

15 Dekabr 2023 11:42 683


ABŞ prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib.

Yenisabah.az xəbər verir ki, tərəflər İsveçin NATO-ya qəbulu prosesini və gələcək təmasları müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. pizza sifarişi

Bundan başqa, 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində sıx təmasların davam etdirilməsi barədə razılığa gəlinib.

Liderlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağına humanitar yardımın çatdırılmasının artırılması və mülki şəxslərin müdafiəsi üzrə tədbirləri, fələstinlilər üçün mümkün siyasi perspektivləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!