“Bayden təkcə özünü deyil, həm də ölkəsini biabır etdi”

saytların hazırlanması

Evə çatdırılma

“Bayden təkcə özünü deyil, həm də ölkəsini biabır etdi”

Siyasət

25 Aprel 2021 10:00 847


"Qondarma "erməni soyqırımı" iddialarını siyasətçilər deyil, tarixçilər araşdırmalıdır. Rəsmi Ankara tarixçi alimlərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib. Amma Ermənistan bu təklifi qəbul etməyib".

Yenisabah.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, ermənilər yaxşı bilirlər ki, Osmanlı arxivlərində onların soyqırımına uğradıqlarına dair bircə bəlgə də yoxdur: "Əksinə, arxivdəki bütün bəlgələr ermənilərin satqın, xain, nadürüst olduğunu sübut edir. Rəsmi İrəvan ermənilərin iç üzünün açılacağını bildiyi üçün tarixi faktları araşdırmaqdan boyun qaçırır. Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər neçə illərdi qondarma "soyqırımı" iddialarını Türkiyəyə qarşı şantaj vasitəsinə çeviriblər. Bunun adı siyasi demoqogiyadır. ABŞ dövlət başçısının bu demoqogiyanın əsrinə çevrilməsi insanı təəssüfləndirir. Baydenin bu hərəkəti təmsil etdiyi ölkənin adına yaraşmır. Bayden qeyri-ciddi adam olsa sa, ABŞ ciddi hədəfləri olan böyük dövlət sayılır. Təəssüf ki, Bayden təkcə özünü deyil, həm də ölkəsini biabır etdi. Dünya bərqərar olandan bəri satqınlıqla ad çıxarmış ermənilərin xoşuna gəlmək üçün Türkiyə kimi strateji müttəfiqi itirmək Baydenin naşılığından xəbər verir. Baydenin bu populist davranışı hamıdan çox öz ölkəsinə ziyan vuracaq". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!