Bayden və Putin arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Bayden və Putin arasında telefon danışığı oldu

Siyasət

13 Aprel 2021 20:04 790


ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, dövlət başçıları bir sıra regional və qlobal əhəmiyyətli məsələləri müzakirə edib, Strateji Hücum Silahları haqqında razılaşma çərçivəsində dialoqu davam etdirməyin vacibliyini vurğulayıblar.

Ağ Ev rəhbəri kiberhücumlar və seçki prosesinə müdaxilə məsələlərində ABŞ-ın öz maraqlarını ciddi şəkildə müdafiə edəcəyini bəyan edib. Toyuqlu pizza

ABŞ prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden ölkəsinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəsklədiyini qeyd edərək, Rusiya qoşunlarının bölgədə cəmləşməsindən narahatlığını ifadə edib. O, həmçinin Rusiyanı regionda gərginliyin azaldılmasına çağırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!