Bayden və Sançes sammitə hazırlığı müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Bayden və Sançes sammitə hazırlığı müzakirə etdilər

Dünya

22 İyun 2022 10:38 826


ABŞ prezidenti Co Bayden İspaniyanın baş naziri Pedro Sançes ilə NATO-nun iyunun sonunda Madriddə keçiriləcək sammitinə hazırlığı müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti danışıqların yekunlarına dair məlumat yayıb.

“Prezident Bayden müttəfiqlərin növbəti onillikdə NATO islahatları kursunu təyin etməyə davam edəcəyi sammiti İspaniyanın keçirməsinə görə Baş nazir Sançesə təşəkkür edib", - deyə  Ağ Evin bəyanatında deyilir. Toyuqlu pizza

Qeyd edək ki, alyansın Madriddə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək növbəti iclasının iştirakçıları yeni strateji konsepsiyanın qəbulu, NATO-nun gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik üçün nəticələrini müzakirə edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!