Baydenlə Putin nələri danışacaq? - Dünya üçün yeni durum yarana bilər

saytların hazırlanması

Evə çatdırılma

Baydenlə Putin nələri danışacaq? - Dünya üçün yeni durum yarana bilər

Siyasət

11 İyun 2021 16:27 830


“Bayden-Putin görüşməsi İsveçrədə, fotoda gördüyüz "La Grange" villasında baş tutacaq. Əsas müzakurə olunacaq məsələ, məncə, Çinin artan nüfuzu olacaq. Əgər ABŞ Çinə qarşı Rusiyaya birgə davranışla bağlı uyğun plan təqdim etsə (yəni sanksiyalar qalxır, Krım Rusiya kimi tanınır və s.) və Rusiya da razılaşsa, dünya üçün yeni durum yaranacaq”.

Yenisabah.az xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib.

Siyasətçi vurğulayıb ki, bu anlaşma baş tutsa, Qərb Baltikyanı ölkələrdən başqa bütün post-sovet məkanını Rusiyaya güzətdə gedə bilər: pizza sifarişi

“Bizim üçün ən pisi budur. Hətta məncə, orta və uzun vadədə Qərblə Rusiya Çinə qarşı birləşməyə məhkumdur. Rusiya da anlayır ki, real və faktiki təhlükə onun üçün məhz Çindir. Rəsmi Pekin "yumşaq gücə" arxalanır və uzun zamana "oynayır". Çinin tələsən yeri yoxdur,  bu fəlsəfi yanaşma və zamana oynamaqla Honq-Konqu belə özlərinə qaytara bildilər. Yaxın 30-50 ildə Rusiyanın Uraldan Kuril adalarına qədər, əsasən də, Amur çayı və Baykal ətrafında ən azı 30-50 mln. etnik çinli məskunlaşacaq, bu, qaçılmaz bir prosesdir və rəsmi Moskva bunu yaxşı anlayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!