Bayram günlərində iki həftəlik sərt karantin... 

saytların hazırlanması

Evə çatdırılma

Bayram günlərində iki həftəlik sərt karantin... 

Sosial

12 Mart 2021 09:17 9515


Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15-dən yenidən qapadılmanın olacağını deyirlər. Bununla yanaşı mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər. Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır. 

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı sonxeber.az-a AHİB- nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib. 

Həkim qapadılmanın zəruriliyindən danışıb: "Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər". Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!