“Əgər vaksinasiya prosesi aktiv aparılmasa və qoyulan qaydalara riayət edilməsə, səhiyyə sistemi daha da ağırlaşacaq. Nəticədə Azərbaycan sərt karantin rejiminin tətbiqi ilə üzləşəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib. Həkim son günlər yoluxma sayında baş verən artımın narahat olmağa əsas verdiyini vurğulayıb:
“Artıq Azərbaycanda xəstəxanaların tutumunun nə qədər olduğu bəllidir. Yoluxma hansı həddə olanda səhiyyədə xidmətin aşağı düşdüyü bilinir. Həmin mərhələyə çatmaq üçün nə qədər müddət qaldığı barədə Azərbaycanın məlumatı var. Son günlərin artımı da bu baxımdan narahat olmağa əsas verir”. pizza sifarişi
Həmsöhbətimiz qeyd edib ki, bizim mentalitetə uyğun olaraq bayram ərəfəsində insanların bir-biri ilə görüşməsi, bir-birinin evinə getməsi ailədaxili yoluxmaların sayını artıra bilər:
“Bu da sonradan böyük problemlərə gətirib çıxarar. Ona görə də mütləq olaraq saylara diqqət edilməlidir. Əgər say artarsa, sərt karantindən qaçmaq üçün müəyyən məhdudiyyətlərin qoyulması, hətta ailələrarası görüşlərə, oradakı insanların sayına limitin tətbiqi vacib ola bilər. Bu yolla biz sərt karantinə çatacaq səviyyənin qarşısını ala bilərik”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız