Bayramov: İrəvanın təkliflərinə cavab vermişik

saytların hazırlanması

Evə çatdırılma

Bayramov: İrəvanın təkliflərinə cavab vermişik

Siyasət

25 Dekabr 2023 11:53 424


Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı son təkliflərə cavab göndərib.

Yenisabah.az AzTV-yə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O, dövlət telekanalına müsahibəsində deyib: “Bir ay ərzində üzərində işlədiyimiz təkliflər paketi Ermənistana ötürülüb". Dominos pizza

Nazir əlavə edib ki, Ermənistanla danışıqlar prosesi davam edir.

O qeyd edib ki, tərəflərin görüşlərinin 2024-cü ildə baş tutacağını gözləyir.

C. Bayramov vurğulayıb ki, Bakı son vaxtlar İrəvandan müsbət siqnallar alıb, lakin onlar Ermənistandan sülh prosesində real addımlar gözləyirlər:

"Biz sülh prosesinə real baxırıq. Amma başa düşməliyik ki, sülh müqaviləsi bütün məsələlərin 100% həlli deyil. Sülh müqaviləsi gələcək müzakirələr üçün əsasdır. Bunlar Azərbaycan və Ermənistan arasında ən azı normal qonşuluq münasibətlərinin formalaşması üçün şərtlərdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!