BDU-nun 18 tələbəsi dönərdən zəhərləndi - Rəsmi açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

BDU-nun 18 tələbəsi dönərdən zəhərləndi - Rəsmi açıqlama 

Sosial

11 Oktyabr 2024 10:12 506


10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib. 

Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.  pizza hut

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı qurumun mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!