Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) dünyanın ikinci ən böyük taxıl istehsalçısı olan Hindistandan buğda və buğda ununun ixracını və təkrar ixracını dörd ay müddətinə dayandırır.
Yenisabah.az WAM-a istinadla xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyi qərarının səbəbi kimi qlobal ticarət axınındakı fasilələri göstərib və əlavə edib ki, Hindistan daxili istehlak üçün BƏƏ-yə buğda ixracına icazə verib.
Hindistan artıq verilmiş akkreditivlərlə təmin edilən hallar və ərzaq təhlükəsizliyini təmin etmək istəyən ölkələr istisna olmaqla, mayın 14-də buğda ixracına qadağa qoyub. Marqarita pizza
BƏƏ-yə idxal edilən Hindistan buğdasını ixrac etmək və ya təkrar ixrac etmək istəyən şirkətlər, ilk növbədə, İqtisadiyyat Nazirliyinə müraciət etməlidirlər.
Fevral ayında BƏƏ və Hindistan mallara olan bütün tarifləri azaltmağı və 5 ildə illik ticarətini 100 milyard dollara çatdırmağı hədəfləyən geniş ticarət və investisiya paktı imzalayıb.
Hərtərəfli İqtisadi Tərəfdaşlıq Ticarət Sazişi (CEPA) kimi tanınan pakt mayın 1-dən qüvvəyə minib.
Telegram kanalımız