Beliz İsraillə diplomatik əlaqələri kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Beliz İsraillə diplomatik əlaqələri kəsdi

Dünya

15 Noyabr 2023 11:26 798


Beliz Qəzza zolağının bombalanmasına görə İsraillə diplomatik əlaqələri dayandırıb.

Yenisabah.az xəbər verir ki, baş nazir Conni Briçeno başçılıq etdiyi hökumətin bəyanatında deyilir: “Biz İsraili atəşi dərhal dayandırmağa və Qəzzaya humanitar yüklərin maneəsiz daxil olmasına icazə verməyə çağırdıq. Tələblərimizə baxmayaraq, İsrail beynəlxalq humanitar hüququ pozmaqdan və ya yardım işçilərinə milyonlarla qəzzalıların əzablarını yüngülləşdirməyə icazə verməkdən əl çəkməyib”.

Beliz hökumətinin həyata keçirdiyi “dərhal təsirli” tədbirlər arasında ölkənin Təl-Əvivdəki fəxri konsulluğunun bütün fəaliyyətinin dayandırılması, habelə Conatan Enavanın Belizin fəxri konsulu kimi akkreditasiyası üçün müraciətin geri götürülməsi də var. Dördpendirli pizza

Xatırladaq ki, Beliz regionda Qəzza zolağındakı münaqişəyə görə İsraillə əlaqələri kəsən ilk ölkədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!