"Qulliver liliputların diskotekasına gəldi. Qulliver orada əylənirdi və liliputlar isə həzz alırdı. İsfəndiyar Vahabzadənin çıxışı da belə idi".
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sabiq səfir İsfəndiyar Vahabzadənin Vladimir Jirinovski barəsində çıxışı ilə bağlı qeyd edib.
"İki etnik yəhudi Jirinovski və Kisilevə görə rus xalqını təhqir etmək nəyə lazımdır? Nə üçün? Bəlkə kimsə bunu sifariş edib?", - deyə sabiq nazir Vahabzadəni tənqid edib. Sezar pizza
Xatırladaq ki, "Qulliverin səyahətləri" İrland yazıçı Conatan Sviftin 1726-cı ildə tamamladığı satirik romandır.
Telegram kanalımız