Benzinlə bağlı yeni qərar - Qiymətlər ucuzlaşacaq? 

saytların hazırlanması

Evə çatdırılma

Benzinlə bağlı yeni qərar - Qiymətlər ucuzlaşacaq? 

Sosial

01 Mart 2024 13:17 1818


Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, bu gündən ölkəyə idxal olunan benzin gömrük rüsumundan azad edilib. Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş ölkə ərazisinə gətirilən aksizli malların aksiz dərəcələrində dəyişiklik edib. Yeni qərara əsasən, bu ilin sonuna qədər aviasiya benzinləri istisna olmaqla mühərrik benzinlərinin hər tonu üçün üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib, eləcə də emalın spesifik prosesləri üçün qazoylların və proseslərdə kimyəvi çevrilmələr üçün qazoylların hər tonu üçün aksiz vergisi 80 manat müəyyən edilib, həmçinin bu ilin sonuna qədər digər qazoylların hər tonu üçün aksiz vergisi 80 manatdan 1 manata endirilib. 

Bəs görəsən benzinlə bağlı aksiz vergisinin ləğv edilməsi onun satış qiymətinə təsir göstərəcəkmi?  pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, hazırda benzin alınması üçün sərf edilən vəsait xərcləri ödəmir:

“Ümumiyyətlə, xatırlayırsınızsa, 2021-2022 ildə yanacağın qiyməti 2 dəfə bahalaşmışdı. Məlum olduğu kimi, benzin strateji məhsul olduğu üçün, onun qiyməti Tarif Şurası tərəfindən təsdiqlənir. Bu sahəni tənzimləyən və istehsalını həyata keçirən qurum Tarif Şurası qarşısında məsələ qaldırmışdı ki, benzinlə bağlı borclar xərcləri ödəmir. Xidmət və məhsulun yekun qiymətinin formalaşdırılması onun ərsəyə gətirilməsində çəkilən xərclərdir”. 

Ekspert qeyd edib ki, aksiz vergisinin ləğvi praktikada qiymətlərə heç bir təsir göstərməyəcək:

“Bu məsələdə istər adminstrativ, istər idxal, istərsə də ixrac xərcləri, logistikada pandemiya sonrası tətbiq edilən yeni rüsumlar xərclərin artması ilə nəticələndi. Buna görə də ötən il benzinin qiyməti 2 dəfə qaldırıldı. Düşünmürəm ki, benzinlə bağlı yekun məhsulun ərsəyə gəlməsi üçün çəkilən xərclər aşağıdır, əksinə, yuxarıdır. Praktikada benzinin qiymətində heç bir dəyişiklik edilməyəcək. Məntiqlə götürsək, aksiz vergisinin ləğv edilməsi xərclərin azalmasını göstərir, amma praktikada biz bunu görmürük”. 

Nazim Hacıyev 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!