Bəxtiyar Hacıyevə 11 il həbs - Prokurorun istəyi

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyevə 11 il həbs - Prokurorun istəyi

Kriminal

28 Dekabr 2024 11:48 842


Bəxtiyar Hacıyevin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.

Yenisabah.az xəbər verir ki, proses yanvarın 6-na təxirə salınıb.

Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Toyuqlu pizza

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam edir.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!