Bəyanat qəbul ediləcəkdi, bu ölkə veto qoyub - MARAQLI DETAL

saytların hazırlanması

Evə çatdırılma

Bəyanat qəbul ediləcəkdi, bu ölkə veto qoyub - MARAQLI DETAL

Siyasət

22 Sentyabr 2023 11:54 1928


“Macarıstan Azərbaycanla bağlı qərəzli bəyanata veto qoyub”.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq” radiosunun Avropa bölməsinin redaktoru Rikard Jozviak öz “X” hesabındakı paylaşımında qeyd edib.

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin sentyabrın 21-də regionda baş verən son hadisələrlə bağlı bəyanatı ilk olaraq Aİ-nin 27 ölkəsinin birgə bəyanatı olmalı idi: “Lakin Macarıstan sözügedən bəyanata veto qoyub”. Sezar pizza

Jozviak bu məlumatı bir neçə mənbədən əldə etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan XİN Borrelin sözügedən bəyanatı ilə bağlı məlumat yayaraq onun yerlərdəki bütün reallıqları qəsdən təhrif etdiyini və tamamilə qeyri-adekvat olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!