Beyləqanda məktəbli bıçaqlandı - 7-ci sinif şagirdi saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda məktəbli bıçaqlandı - 7-ci sinif şagirdi saxlanıldı

Kriminal

15 Oktyabr 2024 17:20 1087


Beyləqan rayonunda məktəblilər arasında yaranmış mübahisə zamanı baş verən bıçaqlanma hadisəsi qeyri-dərs saatında və məktəbdən kənar ərazidə baş verib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə Beyləqan rayon Təhsil sektorunun müdiri Elvin Abbasov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 14-də saat 14:00-15:00 radələrində məktəbdənkənar ərazidə Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zəminində xəsarət yetirib: pizza sifarişi

"Xəsarət alan məktəbli tibb müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!