Beyləqanda şəhid doğum günündə məzarı başında anıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda şəhid doğum günündə məzarı başında anıldı - Fotolar

Sosial

26 Avqust 2024 15:46 343


25 avqust 2024-cü il tarixdə 44 günlük Vətən Müharibəsində iştirak edərək, bir neçə rayonumuzun düşmən tapdağından azad olunmasında xüsusi şücaət göstərib şəhidlik zirvəsinə ucalan Quliyev Hüseyn Aydın oğlunun doğum günü onun məzarı başında qeyd olunub. 

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, Beyləqan RİH başçısının Örənqala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, şəhidin ailə üzvləri və yaxınları ilə birgə şəhidin məzarını ziyarət edib, ruhuna dualar edərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Qeyd edək ki, Quliyev Hüseyn Aydın oğlu 1991-ci il avqustun 25-də Beyləqan rayonu Örənqala qəsəbəsində anadan olub.  Dominos pizza

Azərbaycan Ordusunun MAHHXHQ əsgəri olan Hüseyn Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 

Hüseyn Quliyev oktyabrın 8-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hüseyn Quliyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. 

Allah rəhmət eləsin! 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!