ABŞ administrasiyası bu gün Los-Ancelesdə açılacaq Amerika sammitinə Venesuela, Kuba və Nikaraqua nümayəndələrini dəvət etməmə barədə yekun qərar qəbul edib.
Yenisabah.az “Bloomberg”ə istinadla xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador və bir sıra digər liderlərin baş verən proseslər fonunda sammitə qatılmaqdan imtina edə biləcəyinə baxmayaraq, ABŞ tərəfi bu varianta üstünlük verib.
Amerika Sammiti 30-dan çox iştirakçını birləşdirən Amerika Dövlətləri Təşkilatının himayəsi altında keçirilən Qərb yarımkürəsinin dövlət və hökumət başçılarının görüşüdür. Marqarita pizza
Xatırladaq ki, aprelin sonunda ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols jurnalistlərə bildirmişdi ki, Venesuela, Kuba və Nikaraqua hökumətlərinin nümayəndələri çətin ki, görüşə dəvət olunsun.
Telegram kanalımız