Bəzi ərazilərdə işıq olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ərazilərdə işıq olmayacaq

Sosial

22 Yanvar 2025 00:27 176


Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından qidalanan 35 kV-luq "Xanbulan" və 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı Digah-Şiləvar hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 22-də elektrik xətləri sifarişə əsasən açılacaq. Pepperoni pizza

Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 13:00-dək rayonun Digah, Şiləvar, Kərgəlan, Şağlaküçə, Qurumba, Rvo, Şovu, Daştatük, Daşdalıqjar, Narbağı, Lüvəsər, Xanbulan, Parakənd, Bürcəli kəndləri və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!