“Bəzi məmurların kabinetində 15 minlik mebel var, amma 15 min xeyiri yoxdu”

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi məmurların kabinetində 15 minlik mebel var, amma 15 min xeyiri yoxdu”

Siyasət

10 İyul 2019 02:36 1018


“Elə məmur var ki, onun kabinetinə qoyduğu mebelin 15-20 min manat qiyməti var. Lakin o, bütün məmurluq fəaliyyəti boyu dövlərə 15 min manatlıq xeyir verməyib”.

“Yeni Sabah” xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri qeyd edib ki, ölkə başçısının məmur və məmur övladlarına xəbərdarlıqlarına rəğmən, bəzi məmrular hələ də dəbdəbəli həyat tərzindən əl çəkməyib:

“Məmurların dövlər hesabına cah-cəlallı yaşayışı yasaqlanmalıdır. Bu, dövlətçilik ənənələrinə ziddir. Ölkə başçısı da dəfələrlə çıxışlarında məmurlara çağırış edib, onlara daha mütəvazi həyat tərzi keçirməyi tövsiyyə edib. Hətta Heydər Əliyevin zamanında bahalı villaların kimə məxsusluğunu müəyyənləşdirməyə cəhd etdilər. Ancaq buna baxmayaraq, bu proses hələ də davam edir. Bu prosesə son qoyulmalı, məmurların harın, dəbdəbəli yaşayəş tərzinin qarşısı alınmalıdır. Xalqın və dövlətin maraqları bunu tələb edir”. Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!