Biləcəridə intihara cəhdin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Biləcəridə intihara cəhdin qarşısı alındı

Hadisə

01 Fevral 2023 11:57 728


Bakıda intiharın qarşısı alınıb.

Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, Biləcəri qəsəbəsində yerləşən beşmərtəbəli binanın damına çıxan 1995-ci il təvəllüdlü Babazadə Vüsal Araz oğlu, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən binanın damına çıxaraq intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qruplar tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. Dördpendirli pizza

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, binanın damından endirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!