Biləsuvar xəstəxanasına yeni baş həkim təyin edildi 

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvar xəstəxanasına yeni baş həkim təyin edildi 

Sosial

04 Mart 2024 17:51 669


ƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. 

Yenisabah.az-ın məlumatına görə, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub. 

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.  Dominos pizza

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib. 

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!