Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar - FOTO

Kriminal

28 Dekabr 2024 10:23 854


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, tədbirlərlə Sahib Abbasov, İlqar Şirinov və Nicat Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub. 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Dördpendirli pizza

Araşdırmalar davam etdirilir.

Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!