DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
Yenisabah.az xəbər verir ki, Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar.
Onlardan ümumən 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb. pizza
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız