Binəqədidə əməliyyatlar: Silah, narkotik...

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə əməliyyatlar: Silah, narkotik...

Kriminal

02 May 2024 10:58 600


Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib. 

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əzizov Azərdən 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Hüseynov Muraddan 4 kiloqram 375 qram marixuana aşkarlanıb.  

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Xanlarzadə Oktay saxlanılıb. Ondan 1 ədəd lüləsi kəsilmiş odlu silah və 4 ədəd patron aşkarlanıb. Toyuqlu pizza

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 7 odlu silah, o cümlədən 5 “Kalaşnikov” avtomatı, 2 “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!