Moskva məhkəmə sistemi 2023-cü ildə xarici vətəndaşların Rusiyadan çıxarılması ilə bağlı 42 minə yaxın qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya DİN-in paytaxt Baş İdarəsinin rəisi Oleq Baranov bildirib.
Onun sözlərinə görə, 11,5 minə yaxın əcnəbi nazirliyin Xarici Vətəndaşların Müvəqqəti Saxlama Məntəqəsinə yerləşdirilib. Marqarita pizza
Ötən il Moskvada 2 milyondan çox əcnəbi qeydiyyatdan keçib. Hesabat dövründə polis miqrasiya qanunvericiliyi sahəsində 224 min inzibati xəta müəyyən edib.
Baş idarənin əməkdaşları xarici vətəndaşların Rusiya Federasiyasına giriş və ya dasxil olma qaydalarının 158 mindən çox pozulması faktını aşkar edib.
Telegram kanalımız