Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

Sosial

10 Oktyabr 2024 19:59 958


Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar, Bakı-Kürdəmir, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Bərdə-Naftalan, Gəncə-Qəbələ, Gəncə-Zaqatala, Mingəçevir-Ağcabədi, Mingəçevir-Ağdaş şəhərlərarası, eləcə də paytaxtın 159 nömrəli şəhərdaxili, 156 nömrəli və 508 nömrəli şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sənədlər noyabrın 8-i saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək. pizza mizza

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Şəki, Bakı-Qəbələ, Bakı-Biləsuvar və Bakı-Kürdəmir istiqamətlərində 4 Lot üzrə noyabrın 19-da, Sumqayıt-Göyçay, Bərdə-Şəki, Gəncə-Qəbələ və Gəncə-Zaqatala istiqamətlərində 4 Lot üzrə noyabrın 22-də, Mingəçevir-Ağcabədi və Mingəçevir-Ağdaş istiqamətlərində 3 Lot üzrə noyabrın 26-da, paytaxtın 159 nömrəli şəhərdaxili (Çiçək qəsəbəsi–“20 Yanvar” metrostansiyası) və 156 nömrəli şəhərətrafı (“Memar Əcəmi” metrostansiyası–Hökməli qəsəbəsi) avtobus marşrutları üzrə 2 Lotda noyabrın 29-da, paytaxtın 508 nömrəli şəhərətrafı (BBAK–Saray qəsəbəsi) avtobus marşrutu üzrə və Bərdə-Naftalan istiqamətində 2 Lotda dekabrın 3-də baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!