Bir neçə gün öncə həbs edilmişdi, azadlığa çıxdı - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Bir neçə gün öncə həbs edilmişdi, azadlığa çıxdı - QƏRAR

Kriminal

30 Noyabr 2024 15:21 4267


Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.

Bu barədə "Qafqazinfo"ya onun vəkili Salman Qasımov məlumat verib.

Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib. Pepperoni pizza

Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.

"Bəniz" kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.

Qeyd edək ki, "Bəniz" sevgi münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!