Dünyanın aparıcı kriptovalyutası olan “bitcoin” 37 min ABŞ dollarına qədər bahalaşıb.
Yenisabah.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96% artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub. Dördpendirli pizza
Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.
Telegram kanalımız