ABŞ hakimiyyəti Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyir və həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir.
Yenisabah.az xəbər verir ki, bu, ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“ABŞ Moskvada dünən baş vermiş ölümcül terror aktını qətiyyətlə pisləyir. Bu dəhşətli cinayət nəticəsində həlak olanların ailələrinə və yaxınlarına və hər kəsə dərin hüznlə başsağlığı veririk. Biz terrorizmin bütün formalarını pisləyirik və bu dəhşətli hadisə nəticəsində həyatını itirənlərə yas tutan rus xalqı ilə həmrəyik”, - deyə bəyanatda vurğulanır. pizza sifarişi
Telegram kanalımız