ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışdıqları barədə məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, o, X-dəki mikrobloqunda bu barədə yazıb:
“Mən BMT Baş Assambleyasında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-Türkiyə arasında geniş tərəfdaşlıq, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması səyləri, Dağlıq Qarabağdakı humanitar vəziyyət və İsveçin NATO-ya üzvlüyünün başa çatması barədə danışdım”. Dominos pizza
Bundan əvvəl Türkiyə XİN-dəki mənbə bildirmişdi ki, Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinkenlə taxıl müqaviləsi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.
Telegram kanalımız