ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa və Qarabağa yüklərin çatdırılmasının əsas marşrutları olan Laçın dəhlizi və Ağdam şossesi boyunca humanitar yardım axınını artırmağa çağırıb.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatda deyilir.
O qeyd edib: “Bu gün prezident Əliyevlə mənim bu yaxınlarda müzakirə etdiyimiz humanitar yüklərin Laçın dəhlizi və Ağdam şossesi ilə Dağlıq Qarabağa eyni vaxtda göndərilməsini alqışlayırıq”.
“Çox ehtiyac duyulan ləvazimatların bu tədarükləri irəliyə doğru atılmış mühüm addımdır və biz tərəfləri birbaşa danışıqlara başlamağa və region xalqlarına humanitar yardım axınını artırmaq yollarına diqqət yetirməyə çağırırıq. Birləşmiş Ştatlar uzun müddətdir mövcud olan problemlərin həlli və layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanın səylərini dəstəkləməyə sadiqdir”.
Telegram kanalımız