Blinken: “Rusiya artıq müharibəni uduzub“

saytların hazırlanması

Evə çatdırılma

Blinken: “Rusiya artıq müharibəni uduzub“

Dünya

25 İyun 2022 09:51 964


ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Rusiyanın təcavüzünə qarşı müqavimət göstərən Ukraynanı dəstəkləməyə davam edəcək. Bilnken əlavə edib ki, Rusiya başladığı  müharibədə artıq uduzub.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Blinken Berlində keçirdiyi mətbuat konfransında bildirib.

"Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq uduzub. Putinin məqsədi  özünün dediyi kimi, Ukraynanı müstəqil və suveren ölkə kimi məhv etmək idi. Bu məqsəd uğursuzluğa düçar oldu. Suveren və müstəqil Ukrayna Putindən daha uzun müddət yaşayacaq". Marqarita pizza

Blinken əlavə edib ki, Rusiya Donbassda müəyyən uğurlar əldə etsə də, qəti qələbədən uzaqdır və artıq əldə etdiyi nailiyyətlər ona hədsiz baha başa gəlib.

"Məlumatlara görə, işğalın əvvəlindən bəri on minlərlə rus əsgəri ölüb və ya yaralanıb. Rusiya külli miqdarda tank, təyyarə, zirehli texnika itirməkdə davam edir", - ABŞ dövlət katibi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!