ABŞ dövlət katibi İran həbsxanalarında saxlanılan bəzi şəxslərin azad edilməsinə çağırış edib.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, Entoni Blinken öz "Twitter" hesabında yazdığı mesajda İran əsilli Amerika vətəndaşı Emad Şərqini mümkün qədər tez azad etməyə çağırıb.
ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Robert Malli də bu istəyi təkrarlayıb. Dördpendirli pizza
4 il əvvəl casusluq ittihamı ilə saxlanılan Emad Şərqi 10 il həbs cəzasına məhkum edilib.
Telegram kanalımız