BMT baş katibi: “Milli öhdəliklər kifayət deyil“

saytların hazırlanması

Evə çatdırılma

BMT baş katibi: “Milli öhdəliklər kifayət deyil“

Dünya

14 İyun 2022 13:31 817


“İqlim dəyişikliyi bütün bəşəriyyətin demək olar ki, yarısı üçün təhlükə yaradır”.

Yenisabah.az xəbər verir ki, bunu Avstriyada keçirilən sammitinin iştirakçıları qarşısında çıxışı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib: Dördpendirli pizza

"İqlim böhranının ən pis təsirlərinin qarşısını almaq üçün fürsət pəncərəsi sürətlə bağlanır. Planetimiz artıq 1,2 dərəcə istiləşib. Müəyyən edilmiş 1,5 dərəcə səviyyəsini aşmamaq üçün 2030-cu ilə qədər emissiyaları 45% azaltmalı və əsrin ortalarına qədər ümumi emissiyaları sıfıra çatdırmalıyıq.

Ancaq cari milli öhdəliklərin yerinə yetirilməsi bu onillikdə emissiyaların demək olar ki, 14% artmasına səbəb olacaq. Keçən il enerji sektorunun fəaliyyəti ilə əlaqədar karbon qazının emissiyası 6% artıb və onlar azaldılmalıdır.

İcazə verin deyim, milli öhdəliklər kifayət deyil. Bu, təkcə mənim fikrim deyil. İqlim dəyişikliyi artıq hiss olunur və bəşəriyyətin təxminən yarısı təhlükə altındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!