BMT-nin baş katibi Antonio Quterreş aprelin 28-də Ukraynaya səfər edəcək.
Yenisabah.az xəbər verir ki, BMT rəhbəri Xarici işlər naziri Dmitri Kuleba ilə işgüzar görüş keçirəcək və aprelin 28-də prezident Volodimir Zelenski tərəfindən qəbul ediləcək.
"O, həmçinin Ukrayna xalqına humanitar yardımın həcminin artırılmasını müzakirə etmək üçün BMT agentliklərinin əməkdaşları ilə görüşəcək", - məlumatda deyilir. Marqarita pizza
Məlumatlara görə, Quterreşin aprelin 26-da Moskvaya səfəri gözlənilir.O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək, həmçinin Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq.
Telegram kanalımız