BMT bu ay baş katibini seçəcək

saytların hazırlanması

Evə çatdırılma

BMT bu ay baş katibini seçəcək

Siyasət

02 İyun 2021 01:19 703


BMT-yə baş katib seçkiləri planlaşdırıldığı kimi bu ay keçiriləcək.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın BMT yanında daimi nümayəndəsi Sven Yurqenson bildirib.

O, qeyd edib ki, hazırda təşkilatın rəhbəri vəzifəsinə bir namizəd var. Pepperoni pizza

Sven Yurqensonun sözlərinə görə, iyunda BMT üçün çox əhəmiyyətli hadisə olacaq – bu, yeni baş katibin seçkisidir. "Bu, bizim (Estoniyanın-red) sədrliyimiz zamanı olacaq", - Yurqenson vurğulayıb. Lakin seçkilərin dəqiq tarixi hələ müəyyənləşməyib.

Estoniyanın daimi nümayəndəsi təsdiqləyib ki, Quterriş hazırda baş katib vəzifəsinə yeganə namizəddir. "Gələn dəfə, mümkündür ki, daha çox namizəd olsun", - Yurqenson güman edir.

Quterriş yanvarın əvvəllərində BMT Baş Assambleyasına və Təhlükəsizlik Şurasına məktubunda bildirib ki, təşkilatın baş katibi kimi namizədliyini ikinci müddətə irəli sürür. Onun birinci sədrliyinin müddəti 2021-ci ilin sonunda başa çatır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!