BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı açıqlandı

Siyasət

29 Sentyabr 2023 23:24 665


“Qarabağa səfər Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında həftəsonu baş tutacaq”.

Yenisabah.az xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksək vəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edəcək. OSHA-nın texniki qrupu (Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Risklərin İdarə Edilməsi) və BMT agentliklərinin nümayəndəsi də missiyanın bir hissəsi olacaq. Sezar pizza

S.Dujarrik Azərbaycan tərəfinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşdığını, bölgədə beynəlxalq insan hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu deyib:

“Missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq. Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!