BMT TŞ-də Qarabağ dinləməsi:  Nə baş verə bilər?

BMT TŞ-də Qarabağ dinləməsi: Nə baş verə bilər?

Siyasət Veb saytların hazırlanması

21 Sentyabr 2023 21:50 769


BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı dinləmələr keçiriləcək. Aydındır ki, bu təşəbbüs yenə BMT Təhlükəsizlik Şurasının daimi üzvü Fransadan gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Azərbaycanın antiterror tədbirlərinin uğurlu nəticəsi və Yevlaxda erməni icmasının nümayəndələriylə ilk görüş Fransanın antiazərbaycan planlarını pozub:

“Çünki Fransa nümayəndəsinin Nyu Yorkda Azərbaycana qarşı “Laçın dəhlizi”, “etnik təmizləmə”, “ermənilərin sosial problemləri” kimi iddialarına tutarlı cavab veriləcək. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda çıxış edəcək və deyəcək ki, artıq ermənilərlə razılaşma əldə edilib, tərk-silah və Azərbaycan dövlətinin Qarabağ ermənilərinin sosial problemlərinin həllinə başlanılıb. Azərbaycana dəstək və neytral çıxışlar da olacaq.

BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı qətnamənin qəbulu perspektivi yoxdur”.

Qeyd edək ki, iclas bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!