"Ukraynadakı müharibə bütün dünyada 100 milyondan çox insanı didərgin salıb və BMT xəbərdarlıq edir ki, aclıq böhranı daha çox insanı evlərini tərk etməyə məcbur edə bilər".
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bunu BMT-nin qaçqınlar üzrə rəhbəri Filippo Qrandi bildirib.
O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qlobal yerdəyişmə ilə bağlı illik hesabatını təqdim edib. Hesabata əsasən, 2021-ci ilin sonunda rekord sayda - 89,3 milyon insan didərgin düşüb. Sezar pizza
BMT agentliyi 2021-ci ilin sonunda rekord həddə - 27,1 milyon insanın qaçqın statusunda yaşadığını, sığınacaq axtaranların sayının isə 11 faiz artaraq 4,6 milyon nəfərə çatdığını müəyyən edib.
Artıq 15-ci ildir ki, münaqişələr səbəbindən məcburi köçkünlərin sayı 53,2 milyon nəfərə çatıb.
Telegram kanalımız