Sülh sazişinin imzalanması niyə yubanır? - Rusiyanın   Qarabağ PLANI

saytların hazırlanması

Evə çatdırılma

Sülh sazişinin imzalanması niyə yubanır? - Rusiyanın Qarabağ PLANI

Siyasət

13 İyul 2021 11:36 2769


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması müxtəlif ehtimalların ortaya çıxmasına səbəb olub. Bəzi mütəxəssislər hesab edirlər ki, Rusiya tərəflərin konflikti birdəfəlik həll etməsində maraqlı olmadığı üçün müharibəyə son qoyacaq yekun sazişin imzalanması yubanır.

Bəs görəsən, doğrudanmı Rusiya regionda sülh və sabitliyin təmin olunmasında maraqlı deyil?

Mövzu barədə Yenisabah.az-a danışan Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiyanın artıq destruktiv rol oynamağa başladığını vurğulayıb: pizza sifarişi

“Onsuz da Rusiya əvvəldən Ermənistanın tərəfindəydi. Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə partnyoru, ən başlıca isə özünü forpostu kimi görərək ona kömək edirdi. İndi isə Azərbaycanın qələbəsi, Türkiyənin Azərbaycanın yanında olması Rusiyanı xeyli çaşdırır, həm də anti-Azərbaycan mövqeli siyasət yürütməyə sövq edir. Bəli, Minsk qrupunu dirçəltməyə də cəhd edən də, sərhədlərin müəyyənləşməsinə mane olan da Rusiyadır, Ermənistanı bu məsələlərdə əməkdaşlığa getməyə qoymur”.

Professor hesab edir ki, əgər bölgədə problem varsa, deməli, orada Rusiya var:

“Orada Rusiyanın iştirakı təmin edilir. Bu nöqteyi-nəzərdən bu gün Paşinyan hökuməti Rusiyadan daha çox asılıdır, Rusiyanın sifarişlərini daha çox yerinə yetirir. Rusiyanın bir sözü ilə bölgədə sülh prosesi həyata keçirilə bilər. Lakin Rusiya sülh prosesini ləngitməklə həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxlayır, xüsusilə də Azərbaycanı. Çünki başa düşür ki, Azərbaycan qüdrətli bir dövlətdir, Türkiyə ilə əməkdaşlıq qurub, Türk dövlətlərinin yaxın iş birliyinin yaradılmasında mühüm rol oynayır. Həm Turan, həm Cənubi Qafqazdan çıxmaq qorxusu, həm də ki Türkiyə və Azərbaycanın sürətli inkişafı, bölgədə müəyyənedici mövqeyə malik olması Rusiyanı ürküdür. Rusiya da öz növbəsində Ermənistan vasitəsilə bu proseslərə mane olmaq istəyir”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!