Avropa Parlamentinin üzvü Klement Bonn Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyünü istisna edib.
Yenisabah.az "Europe-1"ə istinadla xəbər verir ki, Bonn deyib: "Heç bir sürətləndirilmiş prosedur və ya sərbəst giriş olmayacaq. Biz qapını açırıq, lakin Aİ-yə üzvlük üçün hərbi əməliyyatların dayandırılması, ölkənin yenidən qurulması, demokratiya və iqtisadiyyatın müvafiq səviyyəsinə nail olunması lazımdır. Bunun üçün vaxt tələb olunur”.
Klement Bonnun sözlərinə görə, Ukrayna Avropa İttifaqına daxil olmaq üçün uzun bir proses keçməlidir: “Bütün demokratik prosedurlara riayət edilməlidir”. Pepperoni pizza
Xatırladaq ki, Avropa Komissiyası iyunun 17-də Ukrayna və Moldovanın Aİ sammitinə namizəd göstərilməsini tövsiyə edib. İyunun 21-də Aİ Ümumi Məsələlər Şurasının iclasında Aİ sammitində Aİ-yə üzv ölkələr Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı siyasi razılıq əldə ediblər.
Telegram kanalımız