Hakim Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri Boris Conson etimad səsverməsinin nəticələrinə əsasən postunu qoruyub.
Yenisabah.az xəbər verir ki, Mühafizəkarlar Partiyasının 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi gizli nəticələri açıqlayıb.
Onun sözlərinə görə, 211 deputat Consonu dəstəkləyib, 148-i isə əleyhinə çıxıb. Toyuqlu pizza
57 yaşlı siyasətçi partiya partiyadaşlarına bildirib ki, Ukraynadakı münaqişəyə görə indi ölkə rəhbərliyini dəyişməyin vaxtı deyil:
"Böyük Britaniyanın güclü mövqeyi indi əvvəlkindən daha çox lazımdır, çünki Ukrayna əlverişsiz sülh sazişi ilə razılaşmaq üçün artan təzyiq altındadır".
Telegram kanalımız