"Ukraynadakı hadisələr qlobal aclıq dalğası təhlükəsi yaradır və Aİ qida fəlakətinin qarşısını almaq üçün BMT ilə işləməyə hazırdır".
Yenisabah.az istinadla xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, sanksiyaların qlobal ərzaq təhlükəsizliyinə hər hansı arzuolunmaz təsirinin qarşısını almaq üçün BMT ilə sıx əlaqə saxlanılır. pizza hut
"Rusiya taxılın və ya gübrələrinin alınmasına təsir göstərir”, - Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi öz bloqunda yazıb.
Onun sözlərinə görə, Avropanın sanksiyaları bu ixraca şamil edilmir:
"Biz konkret maneələri, o cümlədən ödənişlərlə bağlı mümkün çətinlikləri müəyyən etmək və onların həlli üzərində işləmək üçün bu məsələləri ekspertlərlə müzakirə etməyə hazırıq".
Eyni zamanda J. Borrell etiraf edib ki, Rusiyanın Ukraynadakı əməliyyatından əvvəl də aclığa qarşı qlobal mübarizədə mövqelər itirilirdi. Lakin Ukrayna münaqişəsi, Borrelin fikrincə, vəziyyəti xeyli gərginləşdirib.
"Artıq pandemiya və iqlim dəyişikliyinin təsirinə məruz qalan ərzaq qiymətləri heç vaxt indiki kimi real olaraq yüksək olmayıb və bir çox ekspertlər xəbərdarlıq edir ki, ən pisi hələ qarşıdadır", - Avropa diplomatiyasının rəhbəri bildirib.
Borrelin bloqunda yazıb: “Biz təcili olaraq Ukraynaya öz taxılını Qara dəniz vasitəsilə ixrac etmək imkanı verməliyik”.
Telegram kanalımız